Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın raket hücumlarından sonra Ukraynadakı bütün AES və İES- lər zədələnib

Rusiyanın raket hücumlarından sonra Ukraynadakı bütün AES və İES- lər zədələnib


“Rusiyanın Ukraynaya raket hücumlarının səkkiz dalğasından sonra bütün istilik və su elektrik stansiyaları zədələnib, həmçinin yüksək gərginlikli şəbəkə obyektlərinin 40 %-nə ziyan dəyib”.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal feysbukda yazıb.

Hökumət başçısı bildirib ki, Ukraynanın enerji sistemində güc çatışmazlığı qalmaqdadır:

“Hər birimiz dərk etməliyik ki, bu qışı elektrik enerjisi istehlakında ciddi məhdudiyyətlərlə keçirəcəyik”.

O qeyd edib ki, Nazirlər Kabineti Energetika Nazirliyinə elektrik enerjisinin verilməsinə dair aydın prioritetləri müəyyən edib baxılması üçün təqdim etməyi tapşırıb.

Baş nazir ölkə regionlarına dəstəkdən də danışıb və qeyd edib ki, ümumilikdə onların bərpası üçün hökumət artıq 5 milyard qrivnadan çox vəsait ayırıb.

Xatırladaq ki, oktyabrın əvvəlindən Rusiya Ukraynanın kritik infrastrukturuna səkkiz dəfə kütləvi raket zərbələri endirib. “Ukrenerqo” bildirib ki, iki ay ərzində Rusiya ölkənin enerji obyektlərinə 1 000-dən çox ağır raket və dron buraxıb.

Rusiyanın sonuncu kütləvi raket hücumu dekabrın 5-də baş verib. Həmin gün hava hücumundan müdafiə qüvvələri işğalçıların 70-dən çox raketindən 61-ni vurub.
Xəbəri paylaş