Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı hakimiyyətin başçısı Bəşşar Əsədlə görüşə biləcəyini söyləyib.
Newscenter.az reporta istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qərargahında partiyanın rayon təşkilatlarının genişləndirilmiş iclasında bildirib.
O, Rusiya-Türkiyə-Suriya olaraq bir prosesə başladıqlarını bildirib:
“Xarici işlər nazirlərimiz görüşəcək, sonra da baş verənlərə görə lider olaraq bir araya gələcəyik”.