Bizim bu Milli Elmlər Akademiyasının tarix üzrə elmi tədqiqatları, ancaq ki, İran fars coğrafiyası çərçivəsindəki türkçülüyün və xüsusən də əsas səfəviliyin, Şah İsmayıl Xətai şəxsi, fəaliyyətinin üzərindəki dar çərçivədə qurulubmuş. Görünür, Sovetlər rejimi Azərbaycan tarix elminə qəsdən belə bir dar çərçivə cızmış. Görünür, Moskvaya bu cür sərf edirmiş ki, bizim türkçülük bilgimiz böyük, geniş, qədim dünya türkçülüyündən bu kiçik İran coğrafiyasına köklənib məhdudlaşsın. Və yalnız, Şah İsmayılı öz, "türk babamız" bilək.
Və nədən, Moskvaya və Tehrana səfəvilik, Şah İsmayıl tarixi, ideologiyası sərf edir? Müəmma!
Bu mənada, bu gün zamanın tələbi ilə səfəvilik və Şah İsmayıl həqiqətlərinin açılmasını bir çox AMEA tarixçi alimləri ağrılı qarşılayır. Onları da başa düşmək olar. İllərcə, tədqiqat, zəhmətləri, kitabları məcburən bu yön, tendensiyada olub, nə etsinlər. Ancaq, bilmək lazımdır ki, getdikcə Azərbaycan dövlətçiliyi və cəmiyyətçiliyi indiki, dünya və əsas da regionda hadisələrin sürətlə dəyişdiyi halında, tariximizə yeni və fəqli tələb ilə yanaşacaq. Moskva və Tehranın istəyindən azad, əsl tarixi həqiqətlərin ortaya qoyulmasını.
Budur, AMEA-ın bir hörmətli qadın alimi bizim Çaldıran Səfəvi-Osmanlı savaşı, Şah İsmayıl və Sultan Səlim barədə kiçicik status-yazımıza iri bir məqalə ilə cavab yazıb. Yazdığı isə, açıqca, Türkiyə Cumhuriyyətini, onun banisi Atatürkü, hətta, aşağılama dərəcəsində pisləmə, İranı və Şah İsmayılı sevimli dərəcədə qaldırma səpkili. (Yazının linki, şərh bölümündədir). Sanki bunu bir İran ayətullah alimi yazıb. Çox da təəssüflü.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri