Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Problemin həllinə yox, ört-basdır etməyə çalışırlar

Problemin həllinə yox, ört-basdır etməyə çalışırlar


"Baxın, təhsilimizin durumu tam da elə budur. Müəllim problemləri qaldırır, direktordan tutmuş bütün məktəbin işçi heyəti müəllimi hoydu-hoyduya götürürlər. Digər sahələrdə də belədir, problemin həllinə yox, ört-basdır etməyə çalışırlar. Ona görə də inkişaf etmirik, edə bilmirik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) Qadınlar Şurasının sədri Almaz Məmmədova səsləndirib. O bildirib ki, gündəlik həyatımızda da belədir:

"Adicə JEK-də, polikilinikada öz haqqını qorumağa çalışırsan, sənə başqa planetdən gəlmiş adam kimi baxırlar. Necə edək bəs? Bizim uşaqlarımızı əmanət etdiyimiz məktəbin direktoru bunu edirsə, JEK də belə hüququmuzu qoruya bilmiriksə, deməli biz hələ də inkişaf etməmişik, etməyəcəyik də. Çünki biz ümidimizi uşaqlarımıza bağlamışıq, onlar da bu cür direktorların rəhbərlik etdiyi məktəbdə formalaşır. Balaca yaşlarından problemi həll etməyə çalışan Leyla müəllimi direktorun necə cəzalandırdığına şahidlik edir, sabah onlar da hər şeyə laqeyid olacaq axı".

MCP rəsmisi onu da qeyd edib ki, təmsil etdiyi partiyanın sədri, İmişli rayonun millət vəkili Razi Nurullayev məsələni diqqətdə saxladığını və dəstək olduğunu vurğulayıb.

Mehman
Xəbəri paylaş