“Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”.
Newscenter.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır: “Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.