Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nursultan Nazarbayev Qazaxıstanın millət lideri titulundan məhrum olunub

Nursultan Nazarbayev Qazaxıstanın millət lideri titulundan məhrum olunub


Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millət lideri (Elbası-red) elan edən "Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında" Qanunun etibarsız sayılması barədə qərar çıxarıb.

Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir.

Sənəddə qeyd edilir ki, “Hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qanun qüvvədən düşmüş hesab edilir".

Müvafiq qanun hələ 2000-ci ildə qəbul edilib və bir neçə dəfə təkmilləşdirilib.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) spikeri Yerlan Koşanov keçmiş dövlət başçısı Nursultan Nazarbayevə bir sıra imtiyazlar və səlahiyyətlər verən respublikanın birinci prezidenti haqqında qanunun ləğvi planlarından danışıb.

Nazarbayev Qazaxıstana təxminən 30 il rəhbərlik edib və 2019-cu ilin martında vəzifəsindin gedib. Onun xələfi Qasım-Jomart Tokayevdir.

Anar TAĞIYEV
Xəbəri paylaş