Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağdakı ermənilər bankomatlardan nəğd vəsaitləri kütləvi şəkildə çıxarmaqla ərazini tərk etməyə hazırlaşırlar

Qarabağdakı ermənilər bankomatlardan nəğd vəsaitləri kütləvi şəkildə çıxarmaqla ərazini tərk etməyə hazırlaşırlar


11 yanvar tarixindən etibarən Qarabağda yaşayanlar üçün bütün bankomat və POS-terminallarında eyni ödəniş kartı ilə nağd pulun çıxarılması limiti gündəlik 50.000 dram-a ( 215 manata) qədər azaldılıb.

Newscenter.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün facebook sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, bu fakt qondarma qurumda nağd pul dövriyyəsində ciddi problemlər olduğunu təsdiqləyir:

"Bəlkə də Qarabağdakı ermənilər bankomatlardan nəğd vəsaitləri kütləvi şəkildə çıxarmaqla ərazini tərk etməyə hazırlaşır. Qondarma qurum isə bunun qarşısını almaq üçün məhdudiyyətləri tətbiq etmək məcburiyyətində qalıb".

Anar
Xəbəri paylaş