Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Rusiyanın məğlub olmasına hazır deyil

ABŞ Rusiyanın məğlub olmasına hazır deyil


"Rusların müharibə vəhşilikləri dinc əhalini hədəf götürərək Ukrayna xalqının gözünü qorxutmaq üçün törətdiyi qətliam cinayyətləri ona qarşı b, c, d, planlarının və ssenarilərinin başladılmasına qısa müddətdə səbəb olacaqdır".

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən tarixçi Rəfail Eminov onu da deyib ki, ABŞ Rusiyanın məğlub olmasına hazır deyil. Onun sözlərinə görə, əsas qorxu dünya nüvə silahlarının az qala yarıdan çoxunun Rusiyanın əlində olmasıdır:

"Lakin, Rusiyanın qəsdən dinc əhalinin kütləvi qırğınını törətməsi cinayyətləri təkrarlandıqca bu onun sonunu gətirəcək. Buna Rusiya paytaxtında da dözüm göstərilməyəcək. Moskvada əhalinin kütləvi küçələrə tökülməsi Rus imperiyasını xilas edəcək. Beləliklə "ağıllı" V. Putin bununla müharibəni saxlayıb sülh danışıqlarına və münaqişənin dondurulmasına gedəcək. Ağır zərbələrdən sonra V. Zelenski də münaqişənin dondurulmasına gedəcək.

Beləliklə V. Putin xalq hərəkətlənməsini əsas götürərək geri çəkilib imperiyanın qorunub saxlanmasını və öz hakimiyyətinin möhkəmlənməsini təmin edəcək. Çox güman ki, törədilən dinc əhali qətliamları bu məqsədə xidmət edir. Bunun arxasınca rus xalqı guya ayağa qaldırılır və Putinə öz xalqının tələbinə görə geri çəkilməyə bəhanə verilir. Bu versiya baş tutmazsa və onda Rusiya belə davam edəcəksə, yuxarıda sadaladığım b, c planları işə düşə bilər. İddia etdiyim planlardan birinin tərkib hissəsi kimi Azərbaycan Ordusunun Xankəndinə girməsi və bu qarışıqllqda rus "sülhməramlılarının" nüfuzunu itirməsi, Ermənistandan rus ordusunun çıxarılması və digır MDB ölkələrində analoji proseslərin başladılacağını qeyd etmək olar".

Anar
Xəbəri paylaş