2020-ci il il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyin daha da gücləndirilməsini anons edən nitqində siyasi islahatlar və siyasi dialoq mühüm yer tuturdu. Məhz bu çıxışdan sonra Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması, dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifələrindən birinə çevrilmişdir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev səsləndirib.
O bildirib ki, bu günlərdə geniş ictimai müzakirəyə təqdim edilən “Siyasi partiyalar haqqında” qanun layihəsi də sözügedən islahatların vacib elementidir.
Akşin Əliyev onu da deyib ki, yeni qanun qəbul edildikdən sonra siyasi partiyaların fəaliyyətində canlanma olacaq.
Eyni zamanda partiyanın təsis olunması və sənədlər ilə bağlı göstəricilər dəyişdirilib:
"Layihə beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun şəkildə hazırlanıb. İctimai müzakirələr davam etdikcə layihə dahada təkmilləşdiriləcək və yüksək səviyyəyə çatdırılacaq. İctimai dinləmələrdə siyasi partiyaların iştirakı, onların irad və təkliflərinin nəzərə alınması Azərbaycanda mövcud demokratik mühitin yüksək səviyyədə olduğunun göstəricisidir. Siyasi partiyalar haqqında” yeni qanun layihəsi olduqca önəmli bir layihədir və heç şübhə etmirəm ki, həmin layihə 3 oxunuşda qəbul edildikdən sonra siyasi partiyaların fəaliyyətində nəzərəçarpan bir canlanma müşahidə olunacaq".
Mehman