Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Effektiv tribuna, bütün dünyanın eşidə biləcəyi təkliflərin səsləndirilməsi üçün böyük fürsət

Effektiv tribuna, bütün dünyanın eşidə biləcəyi təkliflərin səsləndirilməsi üçün böyük fürsət


“Parçalanmış dünyada əməkdaşlıq” mövzusu ilə Davos Forumu başladı. Açılış mərasimi axşam saatlarında olsa da liderlərin çıxışları sabah səhər saatlarından gözlənilir. Forumda ABŞ, Çin və Rusiya kimi ölkələrdən liderlər səviyyəsində iştirak olmayacaq, Türkiyə isə sammitə rəsmi iştirak etməyəcək. Amma bununla belə 30 ölkədən 2700-dən çox iştirakçı qatılacaq ki, onlardan 50-si dövlət və ya hökumət başçılarıdır. Onlar arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirakı gözlənilir.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı Eldəniz Əmirov deyib ki, bu Forumun dünya üçün az qala BMT iclaslarından daha çox önəm kəsb etdiyi məqamları var:

"Bura investr axtarışında olan inkişaf etməkdə olan ölkələr üçün fürsətlər verən bir ortam, problemlərin səsləndirilməsi üçün effektiv tribuna, bütün dünyanın eşidə biləcəyi təkliflərin səsləndirilməsi böyük fürsətdir. Təbii olaraq Azərbaycan üçün də bu Forumun müstəsna əhəmiyyəti vardı. Laçın yolunda baş verənlərin əslində mahiyyətində Azərbaycanın təmiz ətraf mühit və dünyanın ekoloji tarazlıq prinsiplarinə uyğun davranışı olmasının dünyaya bu tribunadan çatdırılması üçün yaxşı fürsət vardır".

Eldəniz Əmirov bildirib ki, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərində yaradılmış investisiya mühiti haqqında beynəlxalq investorları məlumatlandırmaq və təşviq etmək üçün əla fürsətdir:

"Eləcə də Azərbaycanın qlobal enerji bazarlarındakı mövqeyenin daha dünyaya sərgilənmə və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın ən etibarlı tərəfdaş olduğunu bird aha xatırlatmaq üçün effektiv tribunadır. Yeri gəlmişkən, Türkiyə Forumda rəsmi iştirak etməsə də, düşünürəm ki, Türkiyə ünvanına hansısa ittiham səslənərsə, onun müdafiəsi Azərbaycan tərəfindən təmin ediləcək. Hansı ki, təcrübədə biz bunu bir neçə dəfə yaşamışıq".

Mehman
Xəbəri paylaş