Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda ağaclar qeydiyyata alınır

Bakıda ağaclar qeydiyyata alınır


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkında 2022-ci il 28 dekabr tarixindən başlanan ağacların qeydiyyatı və nömrələnməsi layihəsi IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə davam edir.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqların nömrələnməsi, o cümlədən onların vahid reyestrinin yaradılması nəzərdə tutulub.

Hazırda sözügedən qurumların və könüllülərin birgə fəaliyyəti ilə işlər davam etdirilir.

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Mehman
Xəbəri paylaş