Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Newscenter.az-ın məlumatına görə, "Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik, 6 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 15 avtomobil maneəsiz hərəkət edib.
11:43