Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdən yıxılaraq xəsarət alan şagirdin səhhəti stabildir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov verib. O bildirib ki,həkimlərin rəyinə görə hazırda məkətəblinin vəziyyəti ilə bağlı narahatlıq yoxdur:
"Dünən axşam Elm və Təhsil Nazirliyinin dəstəyi və məktəblinin valideylərinin razılığı ilə məktəbli Masallı rayon Mərkəzi Xəstəxanasından Masallı Bioloji Təbabət Klinikasına köçürülüb. Bu gün səhər Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblinin vəziyyəti öyrənilmiş və məktəblinin hazırda özünü yaxşı hiss etdiyini, səhhəti ilə bağlı problem olmadığı bildirilmişdir. Hazırda məktəbli həmin klinikada həkim nəzarətindədir".
Allah şəfa versin!
R.Mehdiyeva