İmişli rayonu, Xələfli kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Newscenter.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yəmən vətəndaşı Al-Jaberı Mohammed Othman Hasan Munef və ABŞ vətəndaşı Al Saraj Hamad olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Mehman