Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 502 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Belə ki, onlardan 376 nəfər Azərbaycan dili və ədəbiyyatı, 83 nəfər biologiya, 97 nəfər coğrafiya, 117 nəfər fizika, 85 nəfər informatika, 130 nəfər kimya, 457 nəfər riyaziyyat, 157 nəfər isə tarix fənni üzrə uğurlu nəticə əldə edib.
Newscenter.az xəbər verir ki, iştirakçılar müsabiqənin şəhər mərhələsinin nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetlərindən və ya təhsil aldıqları ümumi təhsil müəssisələrindən əldə edə bilərlər.
Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 1-15 fevral 2023-cü il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.
R.Mehdiyeva