Fevralın 2-də Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçiriləcək.
Newscenter.az reporta istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Gazetakars” nəşri məlumat yayıb.
Bildirilib ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçiriləcək.
Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edəcəklər.
Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.