Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xarici siyasətində ərəb dövlətləri ilə əməkdaşlıq mühüm yer tutur

Azərbaycanın xarici siyasətində ərəb dövlətləri ilə əməkdaşlıq mühüm yer tutur


"Bu gün artıq əminliklə demək olar ki, Azərbaycanın xarici siyasətində ərəb dövlətləri ilə əməkdaşlıq mühüm yer tutur. Son bir neçə il ərzində sürətlə dəyişən geosiyasi reallıqların fonunda dünya enerji bazarında baş verən kataklizmlər, tükənməyən və ekoloji cəhətdən təmiz olan enerjiyə olan tələbatı sürətlə artırır. Bu isə, öz növbəsində,yaxın onilliklərdə yaşıl enerjinin dünya bazarında ön plana çıxacağından xəbər verir:

Bu fikirləri Newscenter.az-a Yeni Azərbaycan Partiyası Saatlı 15 saylı ƏPT-nın sədri Vüqar Məmmədov səsləndirib. O bildirub ki, ölkəmiz isə, hər zaman olduğu kimi, sadəcə, gələcəyin reallıqlarına hazırlaşmır, bu reallıqların qurucularından biri kimi çıxış edir:

"Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər isə strateji əhəmiyyətə malikdir. Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü zamanı da bu məsələ diqqətə çatdırıldı. Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Şübhəsiz bu da ölkə Prezidentinin yürütdüyü həm daxili, həmdə xarici uğurlu siyasətin müsbət nəticəsidir. Beləliklə bunu Azərbaycanın bütün dünya miqyasında artan nüfuzunun əyani göstəricisi kimi qeyd etmək istəyirəm".

Anar
Xəbəri paylaş