Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın yumşaq güc siyasəti Ermənistan rəhbərliyinə sübut etdi ki, .... -EKSLÜZİV

Azərbaycanın yumşaq güc siyasəti Ermənistan rəhbərliyinə sübut etdi ki, ....


“İkinci Qarabağ müharibəsi ölkəmizin parlaq qələbəsi ilə yekunlaşdı və bundan sonra Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı. Lakin rəsmi Bakının tətbiq etdiyi siyasət və güclə barışmaq istəməyən qüvvələr Qarabağ İqtisadi rayonu ətrafında, konkret olaraq separatçı rejim vasitəsilə ölkəmizə qarşı müxtəlif siyasi gedişlər etməyə başladılar. Məlum hadisələr və ekoloji fəallarımızın təşkil etdiyi aksiya ilə rəsmi Bakı çox ağıllı və mütərəqqi siyasi gediş etdi. Azərbaycan yumşaq güc tətbiq edərək Ermənistan rəhbərliyinə, onların havadarlarına və separatçılara əsl gücün və hakimiyyətin kimdə olduğunu sübut etdi”.

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, hadisələrin məntiqi davamı olaraq ölkəmiz, dünyanın ən ali qurumu olan BMT-də eko fəallarımızın haqlı etirazlarına fərqli bir siyasi don geyindirməyə cəhd göstərən Ermənistan-Fransa tandemi üzərində parlaq qələbə qazandı:

“Bununla da rəsmi Bakı, Ermənistan və Qarabağ İqtisadi rayonunda yaşayan separatçılara ölkəmizin təkliflərini, istəklərini qəbul etməyə məcbur olduqlarını nümayiş etdirdi”.

Mehman
Xəbəri paylaş