Bu gün jurnalistlər "Azərbaycan" Nəşriyyatının önündə aksiya keçiriblər.
Newscenter.az Lent.az-a istinadən xəbər verir ki, aksiyaya səbəb icarə haqlarının 50 faizdən çox artırılması ilə bağlıdır. Aksiya zamanı jurnalistlər öz müraciətlərinin nəşriyyat rəhbərliyinə çatdırıblar.
Bildirilir ki, müraciətə cavab sabah saat 10-da veriləcək. Məlumata əsasən, jurnalistlər icarə haqları aşağı salınmayacağı təqdirdə aksiyalara davam edəcəklər.
Məsələ ilə bağlı "Azərbaycan" Nəşriyyatının rəhbərliyi ilə əlaqə yaratmağa çalışdıq. Ancaq hələlik müraciətimizə cavab ala bilmədik.