“İsveçrənin Davos şəhərində keçirilən ənənəvi iqtusadi forumu 1971-ci ildən keçirilir. 1987-ci ildən etibarən isə Davos Dünya İqtisadi Forumu adlanır. Bu forum dünya ölkələrinin reytinqini qiymətləndirir”.
Bu fikirləri Newscenter.az-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, bu forum ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur:
“Hansı ki, Azərbaycanın reytinqini yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İ.Əliyev bu forumun daimi iştirakçısı olmaqla yanaşı, forumda iştirak edən ölkələr və müxtəlif şirkətlərin rəhbərləri ilə görüşlər keçirməsi baxımından əhəmiyyətli hesab edilir”.
Azər Qasımov deyib ki, Davos forumunda iştirak edən dünyanın tanınmış və iri şirkətlərinin Azərbaycana sərmayə qoyulması, müştərək əməkdaşlıq platformalarının yaradılması baxımından əhəmiyyətlidir:
“Sərmayə qoyuluşu üçün əsas faktorlardan olan infrastruktur, iqtisadi mühit, hüquqi bazanın mövcudluğu kimi amillərə verilən qiymət baxımından Davos forumunun verdiyi reytinq həlledici rol oynayır. Davos forumu, eyni zamanda, tək iqtisadi deyil, həm də siyasi forumdur. Ölkə rəhbərlərinin bu forumda keçirdiyi görüşlər, fikir mübadiləsi baxımından önəmlidir. Mətbuat nümayəndələri ilə görüşlər isə Azərbaycanın həqiqətlərini onların nəzərinə çatdırılması baxımından isə xüsusi əhəmiyyət kəsb edir”.
Azər Qasımov onu da deyib ki, Davos iqtisadi forumu dünyada baş verən ressesiya fonunda müharibə və konfliktlərin başa çatdırılması, qarşısının alınması üçün yolların axtarılması baxımından da əhəmiyyətli platformadır. Ukraynanın yenidən bərpası əsas məsələlərdəndir:
“Əsas mövzusu "Fraqmentləşmiş dünyada əməkdaşlıq" adlandırılan 2023 Davos Forumu iki ildən sonra baş tutur. Burda Rusiyadan heç kim iştirak etmir. Çin yayılan yeni Covid pandemiyası səbəbindən heç bir iri şirkətlə iştirak etmir. İqlim dəyişikliyinin nəticələrini yumşaltmaq səylərinin uğursuzluğu və yaşam xərclərinin bahalaşması mövzuları da forumun müzakirə obyekti olub”.
Mehman