Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bir sıra vacib məqamlara toxunub. Lavrovun xüsusilə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı fikirləri diqqət çəkib.
Newscenter.az-ın xəbərinə görə, politoloq Samir Hümbətov deyib ki, Lavrovun açıqlamasındakı iki məqam xüsusi maraq kəsb edən məsələlərdir:
"Sergey Lavrov deyib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası tam hazırdır, lakin Ermənistan tərəfi orada uzunmüddətli əsasda missiyanın yerləşdirilməsinə dair Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Azərbaycanın razılığı olmadan bu missiyanın yerləşdirilməsi səmərəli olmayacaq”.
İkinci məqam isə belədir. "Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyin təmin edilməsi üçün KTMT missiyasının göndərilməsinin zəruriliyini irəli sürürdü və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq, lakin onu qəbul etmək mümkün olmadı. Çünki erməni həmkarlarımız bu sənəddə Azərbaycanın sərt şəkildə qınanılmasına israr etməyə başladılar".
Lavrovun verdiyi açıqlama beynəlxalq hüquq baxımından xeyli dərəcədə doğrudur. Yəni, Azərbaycanın razılığı olmadan ora hər hansı missiya gəlməməlidir. Gəlsə də, o dərəcədə effektiv olmayacaq. Ancaq işin maraqlı tərəfi Ruben Vardanyan kimi terrorçuları Azərbaycanın razılığı olmadan Xankəndidə hələ də baş dolandıran separatçı rejimə "dövlət nazir"i gətrilməsi və orada Araik Artunyanın və terrorçu dəstəsinin saxlanılmasını həyata keçirən dövlətin XİN başçısının bu fikirləri səsləndirməsidir. Buradan belə qənaətə gəlmək olar ki, Kremlə öz maraqlarına uyğun gələndə beynəlxalq hüquq sərf edir".
Politoloq deyib ki, digər önəmli detal isə Paşinyan adminstrasiyasının Rusiyanı və KTMT-ni açıq şəkilə oyundan kənarda saxlamaq cəhdi və bunun qarşısında Kremlin seyirci mövqedə qalmasıdır:
2Yəni Lavrovun bu fikirlərində sonra məlum olur ki, Paşinyan adminstrasiyası uzun müddətdir üzvü olduğu KTMT çətirindən və Rusiya himayəsindən çıxmaq niyyətini Kreml adminstrasiyasına açıq şəkildə bildirib".
Mehman