Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olması və səfər çərçivəsində Dayanıqlılıq Həftəsində iştirak etməsi ölkəmizə xarici sərmayədarların cəlb edilməsi, eləcə də mövcud investisiya mühitimizin bir daha dünyaya çatdırılması baxımından müsbət dəyərləndirilir.
Elə psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir:
"2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Əlbəttə ki, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir".
Mehman