Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pensiya artımları nə vaxtdan ödəniləcək?

Pensiya artımları nə vaxtdan ödəniləcək?


Ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd edək ki, 10 aylıq yekunda bu göstərici 14.5 faiz idi. Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır. Yəni, əmək pensiyaları gələn ayın əvvəlində 2022-ci ildəki orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdiriləcək.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. O bildirib ki, fevralın əvvəlində ötən il üçün orta aylıq əmək haqqı üzrə illik rəsmi artım faizi elan ediləcək:

"Bundan sonra indeksasiya ilə bağlı sərəncam imzalanacaq. Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq".

Mehman
Xəbəri paylaş