Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos təqviminin ilk günündən bəzi vacib mesajlar vermiş oldu.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə, bu mesajlardan biri ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq:
"Həmçinin, ölkə ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığı nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Azərbaycan "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrini işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirməyi planlaşdırır".
Anar