Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Qərb arasında bütün körpülər yandırılır -EKSKLÜZİV

Rusiya və Qərb arasında bütün körpülər yandırılır


Rusiya Federasiyası ilə Qərb arasında ziddiyyətlər hər ötən gün getdikcə dərinlışir. Ukraynaya təcavüz səbəbindən yaranan bu gərginlik Rusiya iqtisadiyyatına kifayət qədər zərər vurub.

Politoloq Samir Hümbətov Newscenter.az-a bildirb ki, artıq Rusiya və Qərb arasında demək olar ki, bütün körpülər yandırılıb. Onun sözlərinə görə, Rusiya Federasiyasının Müdafiə Naziri Sergey Şoyqunun 1,5 milyonluq ordu yaradacaqları ilə bağlı açıqlama verməsinin ardından Rusiya prezidenti Vladimir Putin tərəfindən Avropa Şurasının Rusiyaya münasibətdə beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim etməsi belə deməyə əsas verir:

"Həmçinin, həmin layihədə insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında, terrorçuluğa qarşı mübarizə üzrə konvensiyalarının yer alması, eyni zamanda xitamverilməni nəzərdə tutan həmin layihədə Avropa Şurası Nizamnaməsinin də yer alması da deyilənlərin əyani sübutudur".

Anar
Xəbəri paylaş