Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sentyabr döyüşlərində Ermənistanın verdiyi itkilər AÇIQLANDI-EKSKLÜZİV

Sentyabr döyüşlərində Ermənistanın verdiyi itkilər AÇIQLANDI-EKSKLÜZİV


İkinci Qarabağ müharibəsindən sonra zaman-zaman təxribatlara əl atan Ermənistan tərəfi ciddi əks zərbə alsa da, lakin hılə də tam ağıllanmayıb. Müntəzəm olaraq bu ölkədən səslənən revanşist fikirlər belə deməyə əsas verir.

Bu arada keçən ilin sentyabr ayında növbəti təxribat nəticəsində düşmənin verdiyi itkilər barədə məlumat açıqlanıb.

Newscenter.az hərbi ekspert Ədalət Verdiyevə istinadən xəbər verir ki, keçən ilin sentyabrın 12-13-nə keçən gecə dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq bölmələrimiz tərəfindən endirilən güclü sarsıdıcı zərbələr nəticədə düşmən qüvvələri xeyli itki verərək geri çəkilməyə məcbur oldular.

Ekspert bildirib ki, nəticədə Ermənistan tərəfi 2 ədəd S-300 zenit raket divizionu, 1 ədəd S-125 hava hücumundan müdafiə sisteminin atıcı qurğusu, 1 ədəd S-125 hava hücumundan müdafiə sisteminin tuşlama stansiyası, 1ədəd R-18 tipli RLS və 2 ədəd "Jitel" radioelektron mübarizə kompleksi itirib.

"Əlavə olaraq bu istiqamətdə 18 düşmən mövqeyi azad edilib, düşmənin çoxsaylı canlı qüvvəsi məhv edilib.
Xatırladıram ki, bu dövlət sərhədinin tək Zəngilan rayonu ərazisindən keçən hissəsində təxminən 10 saatlıq döyüşlər nəticəsində Ermənistanın fərari ordusunun məruz qaldığı itkilərdir".

Mehman
Xəbəri paylaş