Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada müharibənin ikinci dalğası başlayır -EKSLÜZİV

Ukraynada müharibənin ikinci dalğası başlayır


Rusiya Federasiyasının Ukraynada başladığı müharibəni məntiqi sonluğa çatdırmaq üçün ikinci səfərbərlik elan etdiyi bildirilir. Bəs görəsən növbəti səfərnərlik Kremli nə dərəcədə istəyinə çatdıracaq?

Siyasi ekspert Çingiz Şahbazi hesab edir ki, Rusiya məğlubiyyət sözünü belə duymaq istəmir.

Newscenter.az-a verdiyi açıqlamada Çingiz Şahbazi deyib ki, Rusiya nəyin bahasına olursa-olsun Ukraynaya qarşı bütün gücünü meydana daşıyacaq:

"Böyük sayda səfərbərlik, müharibənin ikinci dalğası kimi qəbul oluna bilər. Bu da yaxın vaxtlarda daha şiddətli döyüşlərin baş verməsini göstərir. Hesab edirəm ki, Rusiyanın növbəti səfərbərliyi, daha çox insan tələfatına hesablanıb. Bu qorxunc doyüşlər hər kəsi düşünməyə məcbur edəcək".

Anar
Xəbəri paylaş