Yanvarın 21-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində naməlum şəxsin (və ya şəxslərin-red) “Çin Yeni ili” festivalının iştirakçılarına atəş açması nəticəsində azı 10 nəfər həlak olub, yaralananlar var.
Bu barədə Newscenter.az yerli KİV-ə istinadən xəbər verir. Qeyd edilir ki, hadisə zamanı çoxlu sayda xəsarət alanlar var. Qeyri-rəsmi məlumata görə, hadisə zamanı 16 nəfər yaralanıb.
Hadisə şahidləri bildiriblər ki, əvvəlcə atışmanı atəşfəşanlığın səsi ilə səhv salıblar.
Əraziyə polis əməkdaşları və tibb işçiləri cəlb olunub. İstintaq başlayıb. Hadisəni törədən şəxsin (və ya şəxslərin-red) taleyi naməlum olaraq qalır. Atışmanın motivləri hələ məlum deyil.
Anar TAĞIYEV