Birləşmiş Ştatlar Ukraynaya F-16 qırıcı təyyarələri vermək barədə düşünmür. Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Birləşmiş Ştatlar prezidenti Co Bayden verib.
Ağ Ev rəhbəri Mayland səfərindən geri dönərkən jurnalistin "Ukraynaya F-16 təyyarələri veriləcəkmi?" sualına "yox" deyə cavab verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Ukraynanı F-16-larla təmin edəcəyi bildirilirdi.
Mehman