Amerikalılar prezident Co Bayden və onun rəhbərlik etdiyi hökumtədən narazıdırlar. Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə keçirilən rəy sorğularının nəticcələri belə deməyə əsas verir.
Belə ki, Gallup-un 2-22 yanvar tarixlərində keçirdiyi sorğuda “Sizcə bu gün ölkənin üzləşdiyi ən mühüm problem nədir?” sualına respondentlərin 21 faizi “hökumət və pis rəhbərlik” cavabını verib.
Respindentlərin 15 faizi ən ciddi problem kimi “yüksək inflyasiya”, 11 faizi isə qeyri-qanuni miqrasiyanı görüb.
Qeyd edək ki, keçən il Gallup-un keçirdiyi sorğuda “hökumət və pis liderlik” deyənlər cəmi 15 faiz təşkil edirdi.
Mehman