Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Monteneqro arasında hava əlaqəsi haqqında Saziş imzalanıb

Azərbaycanla Monteneqro arasında hava əlaqəsi haqqında Saziş imzalanıb


Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.

Newscenter.az xəbər verir ki, sazişi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Monteneqro tərəfindən hökumətin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıb.
Sənəd iki ölkə arasında hava əlaqələrinin yaradılması və yerinə yetirilməsi məqsədi daşıyır.

Bu Saziş Azərbaycan və Monteneqro vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

Mehman
Xəbəri paylaş