Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda baş verən yol qəzasında polis əməkdaşı xəsarət alıb

Paytaxtda baş verən yol qəzasında polis əməkdaşı xəsarət alıb


Bakıda yol qəzasında polis xəsarət alıb.

Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda “Rang-Rover” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Mehman
Xəbəri paylaş