"Rusiyada açıq şəkildə Putin rejiminin süqutunu sürətləndirəcək, bu rejimin döyüş meydanında məğlub olacağı bir proses gedir. Buna imperialist müharibəsinin mafiya müharibəsinə keçidi deyilir".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən sabiq millət vəkili Nazim Bəydəmirli deyib ki, indi ordunun özəlləşdirilməsi gedir:
"Axı Priqojin kimdir? Patoloji hadisədir - ordu özəlləşdirilir, ordu dövlətin dəstəyi ilə şəxsiyə çevrilir”. Rusiyada müxalif siyasətçi və sosioloq Yakovenkonun sözlərinə görə, hazırda "Vaqner" cəbhədəki rus ordusunun ümumi sayının 20%-ni təşkil edir. O hesab edir ki, orduların bu cür çəkişdirilməsi mafiya müharibəsinə hazırlıqdan xəbər verir".
Nazim Bəydəmirli qeyd edib ki, bu, tamamilə patoloji vəziyyətdir:
"Demək olar ki, "Vaqner"-dən daha kiçik 20 belə özəl hərbi şirkət var. Kadırovun şəxsi ordusu var, Putinin pul kisəsi Timçenkonun şəxsi ordusu var, Şoyqunun özünün də şəxsi ordusu var. Bu, heyrətamizdir: Müdafiə naziri şəxsi ordu yaradır, baxmayaraq ki, o, əslində Rusiya dövlətinin yaratdığı ordunun naziridir".
Onun fikrincə, “Ukrayna Stalinqradı” adlandırılan ciddi döyüşdəki məğlubiyyətdən sonra Putindən artıq qorxmayacaqlar və Rusiyanın parçalanması uğrunda mafiya müharibəsi başlayacaq.
Mehman