Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiyalı nazir: “2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”

Serbiyalı nazir: “2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”


Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükünün başlayacağını gözləyir.

Newscenter.az xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç bildirib.

"Serbiya sonrakı mərhələdə Cənub Qaz Dəhlizi layihəsində daha çox iştirak etdi, lakin biz bu marşrutun bir hissəsi olmaq üçün səylə çalışırıq. Bu, bizə qaz təchizatı mənbələrimizi şaxələndirməyə və onları daha təhlükəsiz etməyə imkan verəcək", - Cedoviç bildirib.

Cedoviçin sözlərinə görə, Bolqarıstan-Serbiya qaz birləşdiricisinin tikintisi 2023-cü ilin payızında başa çatacaq. "Biz ilk qaz tədarükünü (Azərbaycandan - red) 2024-cü ilin əvvəlində gözləyirik ki, bu da bütün maraqlı tərəflərin kommersiya danışıqlarının sürətindən asılıdır.

Biz danışıqların maksimum səmərəliliyinə ümid edirik ki, Azərbaycan qazı ən qısa zamanda Serbiyaya çatdırıla bilsin", - o deyib.

Qeyd edək ki, daha əvvəl Serbiyanın qaza olan tələbatının 40%-ə qədərini Azərbaycandan tədarük hesabına ödəməyi planlaşdırdığı məlum olub.

Anar TAGIYEV
Xəbəri paylaş