Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin avtobusu aşıb, onlarla insan yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb, onlarla insan yaralanıb


Türkiyənin Diyarbəkirdə sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb.

Newscenter.az “Haber Global”a istinadən xəbər verir ki, qəzaya qar yağması səbəbindən yolun buzlu olması səbəb olub. Nəticədə avtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə polis, jandarm, təcili yardım və xilasedicilər cəlb olunub və yaralılar hadisə yerindən təxliyə edilib.

Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.
Xəbəri paylaş