Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda ekoloji fəlakət baş verəcək

Ermənistanda ekoloji fəlakət baş verəcək


Ermənistanın paytaxtı İrəvanda tikinti işləri zamanı qazılan torpaq qatının daşınması sahəsində hökm sürən qarışıqlıq ekoloji fəlakətlərə gətirib çıxaracaq.

Newscenter.az xəbər verir ki, bu barədə yerli mətbuata müsahibəsində İrəvan Dövlət Universitetinin coğrafiya-geologiya fakültəsinin dekanı, geologiya elmləri namizədi, dosent Marat Qriqoryan mövcud vəziyyəti şərh edərkən deyib.

"Razdan (Aşağı Axta - Azərbaycan toponimi - red) dərəsinə daşlı torpaqlar nəzarətsiz şəkildə tökülür. Bu, dik yamaclarda süni bəndlər yaradır ki, bu da sonradan sürüşmə və çökmələrə səbəb ola bilər. Tikinti tullantıları yolu doldura və ya Razdan çayının (Zəngi çayı - Azərbaycan-red) yatağını bağlaya bilər. Bu, ekoloji fəlakətlərlə nəticələnə bilər və insanların həyatı üçün çox təhlükəlidir”, - ekspert bildirib.

Bundan əvvəl, fevralın 7-də “Veolia Jur” şirkəti “Arzni 2-İrəvan” magistral su kəmərində növbəti qəza barəsində məlumat verib. Hadisə nəticəsində İrəvanın Ərəbkir inzibati ərazi dairəsinin bir hissəsinin su təchizatı dayandırılıb.

Şirkətdən bildirilib ki, baş verən hadisə birinci qəza deyil və bu dəfə də dərəyə qeyri-qanuni daşlı torpağın tökülməsi, qayanın uçmasına səbəb olub. Son nəticədə magistral su borusuna ziyan dəyib.

"Bunlar adi mənada tikinti tullantıları sayıla bilməz. Özül çuxurlarından çıxan torpaqdır, kənd təsərrüfatı məqsədləri - ağac əkmək və ya ot biçmək üçün istifadə edilə bilən münbit torpaqdır. Yəni, bu torpağı sadəcə atmaq çox təəssüf doğurur. Çıxarılan torpaq daşlar olmayan yerə aparılsa, ekoloji təhlükə yarada bilər”, - Qriqoryan bununla bağlı həyəcan siqnalı çalıb.

Ermənistanda tikinti tullantılarının atıldığı qeyri-qanuni yerlər çoxdur, lakin onların əksəriyyəti boş ərazidə yerləşir, mütəxəssislər və ictimaiyyət yalnız hansısa fəlakət baş verəndə onlardan xəbər tutur.

Göründüyü kimi, ermənilər İrəvanda da ekoloji fəlakət təhlükəsi yaradıblar.

Qeyd edək ki, artıq 2 aydan çoxdur Azərbaycanın Qarabağ iqtisadi rayonunda da faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə davam edir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və 61 gündür davam edir.

Anar TAGIYEV
Xəbəri paylaş