Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Komitə sədri 6 rayonun sakinlərini qəbul edəcək

Komitə sədri 6 rayonun sakinlərini qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 16-da Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qəbul Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında (Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 126) saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (021) 215 21 30, (070) 220 00 20, [email protected], [email protected] ) müraciət etmələri xahiş olunur.

Mehman
Xəbəri paylaş