Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclis Prezidentin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub

Milli Məclis Prezidentin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub


Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.

Newscenter.az xəbər verir ki. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına ölkənin Milli Məclisi də qoşulub.

Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.

Arzu
Xəbəri paylaş