Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba-Xınalıq yolu buz bağlayıb

Quba-Xınalıq yolu buz bağlayıb


Güclü qar Quba-Xınalıq yolunda nəqliyyatın hərəkətində problemler yaradıb.

Newscenter.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, ötən gündən etibarən şimal bölgəsində hava şəraiti kəskin dəyişib və qar yağmağa başlayıb.

Gecə saatlarından etibarən temperaturun aşağı düşməsi yollarda buzlaşmaya səbəb olub. Bu da rayonların daxili və dağ yollarında avtomobillərin hərəkətini çətinləşdirib.

Xüsusi ilə Quba-Xınalıq yolunda avtomobillərin hərəkətində bir sıra problemler yaranıb.

Ərazi üzrə 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov "Report"un yerli bürosuna bildirib ki, Quba-Xınalıq yolunun 26-39-cu kilometrnə 25-30 sm qar yağıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Hazırda yol idarəsinin texnikası və canlı qüvvəsi yolu qardan təmizləyir.

Həmin ərazidə şaxtalı hava şəraiti davam edir. Temperatur mənfi 18 dərəcəyədək enib.
Xəbəri paylaş