"Türkiyədə prezident seçkiləri iyuna kimi ərtələnə bilər! Dövlətin seçkini vaxtından sonraya saxlaması müharibə şəraitində olur. Seçkilərin ərtələnməsi, geri çəkilməsi işinə TBMM baxır. Bu fəlakət Cümhur İttifaqına böyük zərbə oldu. Amma zərər çəkən ərazilər CHP bölgəsi olduğu üçün elə çox səs itkisi olmaz. Lakin ümumi baxımdan sayımda bir xeyli fərq yaradacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri konfliktoloq Elman Vəliyev ssəsləndirib. O bildirib ki, önəmli məsələ Ərdoğana rəqib olan şəxsdir:
"Fefralın 13-ü Altılı masa namizədini açıqlayacaqdı. Qılıçdaroğlunu meydana atacağını zənn edirəm. Daha doğrusu özü buna can atır, amma digər üzvlərin heç də ürəyincə deyil. Geridə qalır Məhərrəm İncə, Əkrəm İmamoğlu, Fateh Ərbakan. Fatehin heç şansı yoxdur. İmamoğlu da yaxşı gətirmişdi. Özünü "mağdur" kimi qələmə vermişdi və müsbət nəticəsi də olmuşdu. Amma bu fəlakət ona da sərf etmədi. Yenə də şansı var".
Elman Vəliyevin sözlərinə görə, ikinci tura keçid edilərsə, ya Qılıçdaroğlu, ya da İncə ilə Ərdoğan arasında rəqabət olacaq:
"Yəqin ki. CHP rəhbəri olduğu üçün Kamal bir addım öndədir İncəyə nisbətən. Amma ağlı olan İncəyə səs verər, nəinki Qılıçdaroğluna. Onda da bölgələrin aktivliyi üstünlük qazandıracaq. Hansı bölgə hansı namizədi dəstəkləyir fonunda. Ərdoğan indiyə kimi etdiyi manipulyasiyanın gərək 3 qatını edə ki, üstünlük əldə etsin. Bacarmazsa, vəlvələ il gəlib, zəlzələ ilə gedəcək!"..
Mehman