Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY sədri Özbəkistanın nəqliyyat sahəsi üzrə nümayəndə heyətini qəbul edib

ADY sədri Özbəkistanın nəqliyyat sahəsi üzrə nümayəndə heyətini qəbul edib


Bu gün Azərbaycanda səfərdə olan Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfər çərçivəsində ‘’ADY’’ QSC-də olub.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, nümayəndə heyətini qəbul edən ADY sədri R.Rüstəmov həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib.

Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib.

Tərəflər 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən “Özbəkistan- Türkmənistan-Azərbaycan-Gürcüstan’’ marşrutu üzrə yükdaşımalar, daşımaların növü və müvafiq tarif siyasətini müzakirə edib.

Sevinc
Xəbəri paylaş