Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu başlayır

Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu başlayır


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə bu gün Mərkəzdə Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu işə başlayır.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov verib.

Samir Abbasov bildirib ki, Azərbaycan Respublikasının İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondu və Özbəkistan Gənclərin İşləri Agentliyinin iştirakı və dəstəyi ilə reallaşdırılacaq Forumda Azərbaycan, Özbəkistan, Türk dövlətləri gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaqdır. Forumda Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdə həyatlarını itirən insanlar xatırlanacaq və onlar bir dəqiqəlik sükutla yad ediləcəkdir.

Anar
Xəbəri paylaş