"Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb".
Newscenter.az xəbər verir ki, bu fikirləri “El Gücü” Beynəlxalq Humanitar Assosasiyası İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri Arzu Əliyeva səsləndirib. O bildirib ki, dövlətlərimiz və xalqlarımız aralarındakı bu qarşılıqlı münasibətlər bu gün daha da genişlənməkdə və dərinləşməkdədir:
"Fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması bütün azərbaycanlıları sarsıtdı. Bu faciədə də Azərbaycan Türkiyənin yanında olduğunu bir daha əməlində ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi. Belə ki, zəlzələ qurbanlarına dəstək məqsədilə dərhal Azərbaycan dövlətinin və xalqının genişmiqyaslı yardım kampaniyası həyata keçirildi".
Mehman