Azərbaycanda son gündə koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, xəstəlikdən 1 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 828 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 986 nəfər müalicə olunaraq sağalıb, hazırda 150 aktiv xəstə var. Bu günə qədər 10 099 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 879, bu günə qədər isə ümumilikdə 7 505 997 test icra olunub.
Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.
Mehman