Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban xanım Əliyevanın timsalında bütün humanitar missiyalarda ön sırada yer alan Heydər Əliyev Fondu bu gün də qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanların yanındadır

Mehriban xanım Əliyevanın timsalında bütün humanitar missiyalarda ön sırada yer alan Heydər Əliyev Fondu bu gün də qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanların yanındadır


"Azərbaycan dostluq-qardaşlıq, eləcə də xeyirxahlıq və humanizm prinsiplərinə sadiq qalaraq ilk gündən Türkiyədə baş verən dağıdıcı zəlzələnin yol açdığı fəsadların aradan qaldırılması, təbii fəlakətdən zərər çəkən insanlara yardımların göndərilməsi prosesində fəal iştirak etdi. Bu gün də ölkəmiz tərəfindən bu missiya uğurla davam etdirilir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili deyib ki, başda Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xalqı qardaş köməyi üçün səfərbər olub.

İqbal Məmmədov diqqəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımınıa yönəldərək vurğulaylb ki, bu həm də Azərbaycan xalqının xeyirxah, nəcib keyfiyyətlərinin göstəricisi idi və vətəndaşlarımız da öz növbəsində bu çağırışa qoşularaq qardaş yardımından yaxından iştitrak edirlər. Bu humanitar missiyada Azərbaycan xanımlarının da xüsusi fəallıq nümayiş etdirdiyini diqqətə çatdıran millət vəkili deyib ki, bununla biz eyni zamanda Mehriban xanım Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəsübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını görürük.

İqbaıl Məmmədov vurğulayıb ki, Mehriban xanım Əliyevanın timsalında bütün humanitar missiyalarda ön sırada yer alan Heydər Əliyev Fondu bu gün də qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanların yanındadır, onların bütün zəruri ehtiyaclarını qarşılamaq istiqamətində addımlar atır:

"Təbii fəlakətin baş verdiyi gündən etibarən indiyə qədər Mehriban xanım Əliyevanın tapşırığı və dəstəyi ilə Heydər Əliyev Fondu bir neçə dəfə zəlzələ qurbanlarına yardımlar göndərib. Hazırda da Fondun yardımları davam edir".

Deputat Azərbaycan Respublikasının Milli Məclisinin də Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndərdiyini, parlament rəhbərliyi başda olmaqla ayrı-ayrı millət vəkillərinin humanitar aksiyada yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Anar
Xəbəri paylaş