Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrə oyunlarına start verilib.
Newscenter.az xəbər verir ki, günün ilk görüşündə “Azərreyl” “Murov”la üz-üzə gəlib. Matç “Azərreyl”in üstünlüyü ilə başlayıb. İlk setdə 25:22 hesabı ilə qalib gələn Eldar Yusubovun komandası sonrakı hissələri də aktivinə yazıb - 25:20, 25:18. Yekun nəticədə “Azərreyl” növbəti 3 xalını 3:0 hesablı qələbə ilə əldə edib.
Voleybol Mərkəzində təşkil olunan VII turun növbəti matçı UNEC və “Abşeron” komandaları arasında olub. Bu görüşdə də qalib 3 setdə müəyyənləşib. Famil Ağayevin yetirmələri bu matçdan asan qələbə ilə ayrılıblar. “Abşeron” ilk hissəni 25:10, sonrakı setləri isə 25:05 və 25:07 hesabları ilə qazanıb.
VII turdan sonra “Azərreyl” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
VII tur
“Azərreyl” - “Murov” 3:0 (25:22, 25:20, 25:18)
“Abşeron” - UNEC 3:0 (25:10, 25:05, 25:07)
Oruc