Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan oldu

Qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan oldu


“Məlum olduğu kimi, fevralın 6-da Türkiyədə dərinliyi 7 kilometr və enerji tutumu 500 atom bombası gücündə olan zəlzələ baş verdi və nəticədə 10 vilayətdə ciddi dağıntılar oldu. Ekspertlərin hesablamalarına görə bu zəlzələ 1999-cu ildə baş vermiş zəlzələdən 3 dəfə güclü olub. Hazırki vəziyyətə görə zəlzələ nəticəsində 8 minə qədər bina dağılıb, 13 minədək bina ciddi zədələnib, 30 mindən çox insan həlak olub, 150 mindən çox insan isə digər vilayətlərə təxliyə olunub. Qardaş ölkənin tarixindəki görünməmiş təbii fəlakətin ağır nəticələri üz-üzə qaldığı bir zamanda ona ilk yardım əlini uzadan Azərbaycan oldu”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu:

“Azərbaycan öz dəstəyini, həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirdi. İlk gündən Prezident İlham Əliyevin tapşığına uyğun olaraq Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və fəlakət zonasında axtarış işlərində iştirak etmək üçün FHN-in şəxsi heyəti yola düşdü. İki gün ərzində 10-dək təyyarə FHN-in 725 nəfərlik şəxsi heyətini və tibbi personalı, xilasetmə avadanlıqlarını, mobil səhra hospitalına aid konteynerləri, səhra mətbəxini, generatorları, nasos stansiyalarını, avtomobilləri, tibbi avadanlıqları, dərman preparatlarını, təxirəsalınmaz yardım vasitələrini, çadırları, yataq dəstlərini, humanitar və ərzaq yardımlarını qardaş ölkəyə çatdırıb. Həmçinin, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyəyə ezam olunub. Bununla yanaşı, zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən müxtəlif dərman preparatlarının, oksigen maskalarının, filtrli sistemlərin, sarğı materiallarının, onurğa taxtalarının, ilkin yardım boyunluqlarının, xərəklərin, isti geyimlərin, çadırların daxil olduğu 36 ton humanitar yardım göndərilib. Eləcə də, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar".

Ramil Vəlibəyov deyib ki, bütün deyilənlərlə yanaşı Azərbaycanın özəl şirkətləri həm maddi, həm də texniki yardım göstərib, sadə insanlar, tələbələr zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə yardım kampaniyası təşkil ediblər, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər yardım toplama məntəqələrinə gəlib, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verib, eyni zamanda, qardaş ölkəyə maddi vəsait və ianələr şəklində də dəstək göstəriblər:

"Bir sözlə, Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin hər zaman yanında olduğunu bir daha nümayiş etdirdi. Bütün dünyaya bir daha sübut olundu ki, təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”.

Mehman
Xəbəri paylaş