Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın bir yolu var

Ermənistanın bir yolu var


Paşinyan 59-cu Münhen Təhlükəsizlik Konfransında da köhnə konspektdən istifadə edərək "Dağlıq Qarabağ" dedi, amma... Səsinə səs, sözünə dəstək verən olmadı. Cavabını isə döyüş meydanında bütün təxribatların layiqli cavabını verən Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı verdi: "Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var".

Daha bir reallıq təzahür etdi: bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Yəni Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda - bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib. İstər bu zamana qədər yayılmış üçtərəfli bəyanatlarda, istərsə də Avropa İttifaqı Şurası prezidentinin mətbuata açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, Minsk qrupundan bəhs olunmaması, bir müddət əvvəl Rusiya Prezidentinin münaqişənin bitməsi barədə fikir səsləndirməsi, son olaraq isə ermənilərin təşəbbüsünün ATƏT PA, Avronest PA və digər bir sıra təsisatlarda rədd edilməsi də bu reallığın ifadəsidir.

Yəni... Ermənistanın bir yolu var - yeni geosiyasi reallıqlara və beynəlxalq hüquq normalarına uyğun mövqe ortaya qoymaq, süni siyasi gündəm formalaşdırmaq cəhdindən əl çəkmək. Prezident İlham Əliyevin təbirincə, Ermənistan müharibənin dərsini unutmamalıdır!

Nurlan Qələndərli
Xəbəri paylaş