"Rusiya-Ukrayna müharibəsi yaxın günlərdə özümün yeni mərhələsinə qədəm qoyacaq. Birləşmiş Ştatlar prezidenti Co Baydenin Ukraynaya səfəri bunu şərtləndirdi". Bu fikirlər Newscenter-az-a "Xəbər Mərkəzi" Analitik Qrupundan daxil olub. Analitik Qrupdan bildirilib ki, Ukraynaya hərbi yardımların artması iki ölkə arasında döyüşləri daha da şiddətləndirəcək:
"Birləşmiş Ştatların əsas məqsədi Rusiyanı tamamilə çökdürmək, onu Ukrayna qarşısında məğlub duruma gətirməkdir. Ancaq gözlənilən odur ki, Rusiya da Qərbin qarşısında məğlub duruma düşmək fikrində deyil".
Analitik Qrup hesab edir ki, Rusiya Birləşmiş Ştatlar və Qərb qarşısında məğlub duruma düşməmək üçün hətta nüvə silahından da istifadə edə bilər.
Mehman