Müstəqillik qazandıqdan sonra Azərbaycanın, münasibətləri kifayət qədər uğurla inkişaf edən Qərb ölkələri arasında Almaniyanın xüsusi yeri var. Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulduğu 30 il ərzində iki ölkə arasında münasibətlər kifayət qədər uğurla inkişaf edib. Bu 30 ilin ən mühüm nəticələri budur ki, Almaniya ilə iqtisadi, siyasi, mədəni və sair sahələrdə əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub.Avropa Birliyinin əsas aparıcı dövləti olan Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib.Almaniya Azərbaycanda kifayət qədər müsbət imicə malikdir.Azərbaycan Almaniya ilə ilə əlaqələrin inkişafına mühüm önəm verir.Azərbaycan Avropanın ən böyük dövləti olan Almaniyanı Avropada əsas tərəfdaşlarından biri hesab edir və sair.
Azərbaycan Almaniya münasibətlərii kifayət qədər geniş hüquqi bazaya əsaslanlanır.Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında 77 sənəd imzalanıb, 10 sənəd baxılmaqdadır.
Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr kifayət qədər yüksək səviyyəyədədir.
Azərbaycan-Almaniya ticari-iqtisadi əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir.Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65% təşkil etmişdir. İki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2020-ci ildə 818 milyon dollar, 2021-ci ildə 1 milyard 285 milyon dollar, 2022-ci ildə 1 milyard 255 milyon dollar olub. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində 8-ci sırada, idxalda daha çox paya malik olan ölkələr arasında isə 664 milyon dollar göstərici ilə 4-cü yerdədir.
Almaniya şirkətləri Azərbaycanda sənaye, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət, xidmət və digər sahəsində fəaliyyət göstərirlər. Azırbaycan 30 il işğal altnda olmuş raziləri azad etdikdən sonra bu əlaqələrin genişləndirilmsinə yeni şanslar yaranıb.
Bununla belə son vaxtlar Cənubi Qafqaz regionundakı proseslərə yanaşmada Almaniyanın mövqeyində münasibətlərimizə xələl gətirən xoşagəlməz meyllərin özünü göstərməyə başlamışdı. Bu özünü Almaniya Kansleri Olaf Şoltsin martın 2-də Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında daha qabarıq şəkildə göstərmiş oldu.Ona görə də yeni dövrün reallıqları və Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi kontekstində Almaniyanın Azərbaycan siyasətində və Qarabağa münasibətdə mövqeyində müəyyən korrektələrin edilməsinə zərurət yaranmışdı.
Azərbaycan prezidenti Almaniyaya səfəri zamanı sərgilədiyi mövqe ilə Almaniya tərəfindən həmin zəruri korrektələrin edilməsinə nail oldu. Azərbaycan prezidenti İlham Əliyevin Kansler Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransında,eləcə də Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü zamanı həmin rəsmilər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistanla sülh anlaşmasının məhz bu prinsip əsasında bağlanmasını istədiyini deməsi,sözügedən həmin zəruri korrektənin edildiyi göstərir. Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsla görüşündə beynəlxalq hüququ normalarına uyğun razılaşmalar əldə edilməsi baxımında yanaşsaq,Azərbaycan Prezidentinin Almaniyaya səfərini çox zəruri,vacib,əhəmiyyətli,orada əldə edilən nəticələr isə həm uğurlu və həm də Azərbaycanın Cənubi Qafqazada yaratdığı yeni reallıalara uyğun hesab etmək olar.Bu təkcə Azərbaycana yox,həm də Alaminiyaya lazımdır.Çünki Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya, yeni realıqlar yaradıb. Azərbaycanın nail olduğu bu yeni keyfiyyət halı qlobal proseslərə də öz təsirini göstərməyə başlayıb və beynəlxalq ictimaiyyət də bu faktı yetərincə qəbul edir.Bu reallıqlar fonunda Fransanın Azərbaycana qarşı sərgilədiyi “İransayağı riyakarlıq nümunəsi”ndən çıxış edərək deyə bilərik ki, Azərbaycanın regionunuzda yaratdığı yeni situasiyanı, yeni realıqları həzm edə bilməyən ara qızışdırma və digər destruktiv əməllərlə məşğul olan istənilən ölkə Fransa kimi gülünc və urvatsız vəziyyətə düşəcək.Ona görə də Almaniya ilə münasibətlərin daha yüksək səviyyəyə keçməsi vacib idi və buna nail olundu.Azərbaycan prezidentinin Almaniyaya səfəri zamanı Azərbaycan- Almaniya münasibətləri həm ikitərəfli formatda,həm də Avropa ittifaqı ilə əməkdaşlıq kontekstində müzakirə olundu, Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərinə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atdığımız addımlara, sülh müqaviləsilə bağlı irəli sürdüyümüz 5 baza prinsipinə, Ermənistanın sülh prosesinə ziddiyyətli mövqeyinə və sair bu kimi məsələlərə dair fikir mübadiləsi oldu. Azəbaycan prezidentinin Almaniyada sərgilədiyi mövqe onu göstərdi ki,Azərbaycan Almaniya ilə əlaqələri bütün istiqamətlərdə genişləndirməyə hazırdır.
Fransanın Cənubi Qafqaz regionunda yeritdiyi avantürist siyasətə,eləcə də Ermənistan-Azərbaycan münaqişəsində sərgilədiyi destruktiv mövqeyə şərik çıxmaq heç bir dövlətə şərəf və fayda gətirə bildməz həm də regiona sülh və tərəqqqi gətirə bilməz. Ona görə də Almaniyanın Cənubi Qafqazda artan maraqları Qarabağ məsələsində ədalətli, beynəlxalq hüquq normalarına uyğun mövqe sərgiləməklə reallaşa bilər. Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır və yeni dünya düzəninin formalşmağa başladığı hazırkı dönəmdə əhəmiyyəti sürətlə artır. Berlinlə Bakı arasında əlaqələr həm ikitərəfli,həm də çoxtərəfli münasibətlər çərçivəsində də inkişaf etdiyini vurğulamaqla, Almaniya ilə münasibətləri Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində də dəyərləndirsək, Azərbaycan Almaniya ilə əməkdaşlığı dərinləşdirməklə öz mövqelərini Qərbi Avropada gücləndirməsinə əlavə,həm də çox önəmli güc qata bilər.
Əli Məsimli-Milli Məclisin deputatı